Məhsullar

AZAGRO MMC

AZAGRO MMC MƏHSULLARI

“AzAgro” MMC sənaye tipli istixana kompleksi Azərbaycanda gülçülük sektorunda fəaliyyət göstərən və ən müasir texnologiyaları özündə birləşdirən istehsal müəssisəsi sayılır.

Şirkət Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya qruplarından biri olan “Synergy Group”a daxil olmaqla 2012-ci ildən Hollandiyanın DLV şirkəti ilə bağlanmış müqavilə əsasında bu ölkənin qızılgül sektorunda aparıcı brendlər olan "De Ruiter", "Lex+" və "Schreurs" şirkətlərinin seleksiya məhsulları sayılan "Avalanche", "Candy Avalanche", "Myrna", "Wow", "Fiorenza", "Peach Avalanche", "Red Naomi" qızılgül sortlarını yetişdirir.

Bu növlər artıq yerli bazarda rəğbət qazanmaqla gündən–günə artan geniş istehlakçı bazarına malikdir.

Candice

Candice

Yeni gül növü olan “Candice” Azərbaycan ərazisində yalnız AZAGRO müəssisəsində yetişdirilir. Gülün özünəməxsus açıq narıncı rəngi onu digər gül növlərindən seçilməsinə imkan verir. Candice gül növünün buton hündürlüyü 4.5 – 5.5 sm. aralığında dəyişir. Budağının uzunluğu isə 60 - 100 sm. aralığında yetişir. Gülün saxlama müddəti isə 10 – 14 gün müddəti əhatə edir.Yeni gül növü olan “Candice” Azərbaycan ərazisində yalnız AZAGRO müəssisəsində yetişdirilir. Gülün özünəməxsus açıq narıncı rəngi onu digər gül növlərindən seçilməsinə imkan verir. Candice gül növünün buton hündürlüyü 4.5 – 5.5 sm. aralığında dəyişir. Budağının uzunluğu isə 60 - 100 sm. aralığında yetişir. Gülün saxlama müddəti isə 10 – 14 gün müddəti əhatə edir.

Josephine

Ticarət adı “İnterplant Josephine” olan bu gül növü Spray güllər ailəsinə aiddir. Gülün rəngi ağ rəngdədir və budaqlarının uzunluğu 60-70 sm. arasında dəyişir. Saxlama müddəti isə 10-12 günü əhatə edir.Ticarət adı “İnterplant Josephine” olan bu gül növü Spray güllər ailəsinə aiddir. Gülün rəngi ağ rəngdədir və budaqlarının uzunluğu 60-70 sm. arasında dəyişir. Saxlama müddəti isə 10-12 günü əhatə edir.

Josephine
Madame Gulya

Madame Gulya

Yeni gül növü olan “Madame Gulya” Azərbaycan ərazisində yalnız AZAGRO müəssisəsində yetişdirilir. Gülün rəngi açıq narıncı olmaqla digər güllərdən daha cəlbedici görkəmi ilə seçilir. Gülün butonunun hündürlüyü 5-6 sm. arasında dəyişir. Gülün budağının uzunluğu isə 60-100 sm. uzunluğunda olur. Saxlama müddəti 5-7 günü əhatə edir.Yeni gül növü olan “Madame Gulya” Azərbaycan ərazisində yalnız AZAGRO müəssisəsində yetişdirilir. Gülün rəngi açıq narıncı olmaqla digər güllərdən daha cəlbedici görkəmi ilə seçilir. Gülün butonunun hündürlüyü 5-6 sm. arasında dəyişir. Gülün budağının uzunluğu isə 60-100 sm. uzunluğunda olur. Saxlama müddəti 5-7 günü əhatə edir.

Mirabel

Ticarət adı “İnterplant Mirabel” olan bu gül növü Spray güllər ailəsinə aiddir. Budağının uzunluğu 70-90 sm. ölçüləri əhatə etməklə rəngi qırmızıdır. Saxlama müddəti isə 10-12 günü əhatə edir.

Mirabel
London Eye

London Eye

Cazibədar çəhrayı rəngi ilə seçilən “London Eye” gül növü suya qoyulduğu müddətdə çiçəklənməyə davam edərək tam açılır. Bu növ gülün saxlama müddəti ortalama 7 ilə 10 gün arasında dəyişir. Gülün diqqətçəkən rəngindən başqa həm də, öz şirin qoxusuda var. Budaqlarının uzunluğu isə 60-70 sm. aralığında dəyişir.

Lavender Bubbles

Spray güllər ailəsinəə air olan Lavender Bubbles, özünə məxsus rəngləri ilə göz oxşayır. Saxlama müddət 8 ilə 10 gün arasında dəyişir. Budaqlarının uzunluğu isə 60-80 sm. aralığında dəyişir.

Lavender Bubbles
Myrna

Myrna

Yeni yaradılmış, qırmızı rəngli  və uzunömürlü növdür.

Wow

Qeyri-adi və gözəgəlimli, həmçinin, valehedici formaya və rəngə malik növdür. Elə bu keyfiyyətlərinə görə məntiqi olaraq bu ada layiq görülmüşdür. Azərbaycan bazarına bizim şirkət tərəfindən ilk dəfə çıxarılmışdır və böyük rəğbət qazanmışdır.

Wow
Red Naomi

Red Naomi

Şirkətimizin,  eləcədə də gül sektorunda satış həcminə görə 1 nömrəli növdür.Bu növ özünəməxsus iri, sıxləçəkli və tünd-qırmızı, məxməri butonlara malikdir.

White Naomi

Bu növ özünəməxsus iri, sıxləçəkli və ağ, məxməri butonlara malikdir.

White Naomi
Spray

Spray

"Alegria", "B-bubbles", "Hot-bubbles", "Super-bubbles" növlərindən ibarətdir. Bu güllər morfoloji görünüşünə görə bir deyil, bir neçə butonlardan ibarət olaraq çətir formaya malikdirlər. Ənənəvi qızılgüllərlə müqayisədə məhsuldarlığı qismən aşağı olsa da anturajı daha zəngin və qiyməti daha yuxarıdır. Bu seqment gülçülükdə yeni dəb sayılır və özünəməxsus alıcı auditoriyasına sahibdir.

"Alegria"-Portağal rəngli və gözəl əhval-ruhiyyə yaradan görünüşə malikdir.

"B-bubbles"-iki rəngin ağ və qırmızı rənglərin qarşığından ibarət bir növdür.

"Hot-bubbles"- Çılğın qırmızı rəngdə, butonları nisbətən dolğun və yadda qalan çalarlara sahib bir güldür.

"Super-bubbles" - Təmiz ağ rəngdə və heç bir çalar qarışığı olmayan bir növdür.

Müəssisədə istehsal olunan və sadalanan bütün məhsullar yüksək keyfiyyətlə və bütün beynəlxalq standartlara cavab verən steril şəraitdə tədarük olunur, 3-4 C temperaturda saxlanılaraq, nəfis qablaşdırma şəraitində alıcıya çatdırılır.